manera.az
manera.az

Şairlər, qanun var təzə - Şeirlər

Şairlər, qanun var təzə - Şeirlər
Elvin İntiqamoğlu - 1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib. II Qarabağ müharibəsi iştirakçısıdır.

MANERA.AZ gənc şair Elvin İntiqamoğlunun satiralarını təqdim edir:

Sovet düşüncəli ata

– Oğlum, qara şalvar al,
Qız üçündü sarısı...
– Ata, sarı dəbdədi,
Son modeldi hamısı...

– Qızım, uzun don geyin,
Görər qonşu qapısı...
– Ata, axı bəyənir
Rəfiqəmin bacısı...

– Arvad, bu nə köynəkdi?
Üstündə var yazısı...
– Kişi, indi belədi
Avropanın yarısı!

Cəhalət

Parisli Müsyo Jordan,
Oldu caduya qurban...
Məstəli dahi insan,
Qədrini gec bilərsiz...

Zahiri görkəm oxşar...
Ay camaat, bomba var,
Qarpız çıxıb bombalar.
Nahar vaxtı bölərsiz...

Mollaya iştah gəlir...
Ölülər, Allah gəlir,
Şeyx Nəsurullah gəlir,
Durun, sonra ölərsiz...

Cəlil, Fətəli...Azdılar?!
Onlar o vaxt yazdılar,
Heç vaxt inanmazdılar
Həmin dövrə gələrsiz...

Dekanla zamdekanın söhbəti

Pulları yığ, zamdekan,
Dekabrın on beşi...
Əlli manat imtahan,
Otuz manat kurs işi...

Kimsə olsa narahat –
Zəif olsa maddiyyat.
Dostcasına addım at,
Ondan alma on manat –
Min bərəkət yetmişi...

– Yığmayacam, Məşədi,
Vicdanıma ləkədi.
– Vicdan pula kölədi,
İndi dövran belədi –
Hamı alır bəxşişi...

– Bura bazardı ki, lap –
Ərizəmi tez et çap,
İşdən çıxmaq son etap...
Özün kimi birin tap,
Bağla bəxşiş sazişi...

Ağ xalatlı

Məhləmizdə həkim qalır,
Diplomu ön plandadı...
Boyu hündür bir kişidi,
Ancaq ağlı dabandadı!

Yaxşı pul yığıb Bakıdan,
Qovdu öz andın qapıdan...
Dərdi yoxdu pul sarıdan,
Hippokrat çəmədandadı.

– Qabaq yeyərdim altı qab,
İndi iştah olub xarab...
– Aydın oldu, sizdə cənab,
Həzm sistemi qandadı!

– Vaqif əmi, gözə dəymir
"Ağ xalatlı" hayandadı?
– Böyük oğlu xəstələnib,
Altı gündü İrandadı!

Müasir şairlərə təklif

Şeirdən kənarda duraq,
Tapdalayaq, yıxaq, vuraq,
Gəlin biz də biznes quraq,
Xalqa təsəlli verməyək!

Zibil ataq "liman"lara,
Biz də düşək "duman"lara,
Bizdən kömək umanlara,
Çörəyi isti verməyək!

Pişik soxaq "çuval"lara,
Qonaq gedək kanallara,
Ciddi-ciddi suallara,
Cavabı ciddi verməyək!

Kasıb, pencəyin süzülüb,
Yamaqlı astar sökülüb...
Kasıbların bəxti ölüb,
Üç verək, yeddi verməyək!

Şairlər, qanun var təzə:
"Vergi verin çıxın üzə..."
Tanrı "vergi" verib bizə,
Biz niyə "Vergi" verməyək?!


Xalq artisti

Bir gənc müğənni qıza
Verdilər "Xalq artisti!"
Müsahibə götürdü
Kanalın jurnalisti:

– Necə gəldiz sənətə,
– Səs çevrildi rüşvətə,
Belə çatdım şöhrətə...
Məncə, bu qədər bəsti!

– Səsin kobud, qabarıq,
Ləhcəvari danışıq,
Geyimin açıq-saçıq...
– Dəbdi də, nəyi pisdi!

Pərt etməyin qonağı...
Mahnım çıxıb bayağı,
Fonaqrama sayağı
Oxuyum isti-isti!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031