manera.az
manera.az

İlahi, bu bədən necə dolaşır? - ŞEİRLƏR | MANERA.AZ

İlahi, bu bədən necə dolaşır? - ŞEİRLƏR | MANERA.AZ
Abdiyev Elnur Dilavər oğlu 1980-cı ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulub .Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Hal-hazırda Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir.

***
Şair çəmən-çəmən uçan kəpənək,
Güldən şirə əmən bal arısıdır.
Kim deyir,sözünün əri ol ərtək,
Şairlər sözünün lal qarısıdır.

Əlində deyil ki, taleyi sözün,
Sən onu yazmırsan,o yazır səni.
Bəzən unudursan,özünü özün,
Özündə olmasan,o tapır səni.

Ünvanın soruşsan,sor haralıqdan,
Sakindir,sükunət deyildir yeri.
Bir də görürsən ki,qanqaralıqdan,
Doğulur dünyanın ən gözəl şeri.

Hikməti bilinmir,hikmətsiz deyil,
Nədir hallandıran qəlbimdə sözü?
Nəticə vardırsa,səbəbsiz deyil,
Elə nəticədir,səbəbin özü.

Bunu dərk edirəm,o mənlik deyil,
O mənim mənimin qışqırtısıdır.
Şairi eşqinin yol yoldaşı bil,
Şeirsə, Allahın pıçıltısıdır

Dünya

Doqquz aydır,gəliş vaxtı,
Gedişimiz bir an,dünya!
Yazdın hər bəxtə bir taxtı,
Bəxtimə taxt olan dünya.

Çınqı-çınqı sönüb gedir,
Gülən sönda çönüb gedir.
Döngə-döngə dönüb gedir,
Bir yoldan min dalan,dünya!

Ömür qəlib,zaman rəndə,
Rəndələndik sən də,mən də.
Bil salacaq səni fəndə,
Məni fəndə salan dünya.

Bir şardır bu yer kürəsi,
Hələ üfürür yiyəsi.
Nə vaxtsa çıxacaq səsi,
Boşalacaq dolan dünya.

Dünya çox dər udur,dostum,
O gözündə sudur,dostum.
Təzə gəlib Elnur dostun,
Gəl görüşək,salam,dünya!!!

***
Mən ölsəm,deməyin səsi batıbdır,
Sağ ikən o qədər səsi batan var.
Deməyin torpağın altda yatıbdır,
Torpağın üstündə azmı yatan var?

Mən ölsəm,deməyin nədən ölübdür?
Bütün ölümlərin nədəni yoxkən.
Bilin bu səbəbə bir ölü gülür,
Gülüşün ruhu var,bədəni yoxkən.

Baxıram,dörd yanda heykəllər gəzir,
Bədənim süst düşür,ruhum daşlaşır.
Ağlı zəncirlidir,ruhu bir əsir,
İlahi, bu bədən necə dolaşır?

Bu soyuq addıma,çovğun izlərə,
Qucaq açdığına utanır Yer də.
Getmək istəyirəm,getmək bir kərə,
Gəzən heykəllərə yer varsa yerdə.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31