manera.az
manera.az

Əynimizdə bombalar var... -ŞEİR

📅 29.06.2016 18:54

Əynimizdə bombalar var... -ŞEİR

MANERA.AZ Rüzgar Mövsümün şeirini təqdim edir:

***

Bölünmüşük millətlərə,
Din uğrunda savaşırıq.
Sevməyə ürək qalmayıb,
Ürəklərimiz qırıq-qırıq.
Əsir olduq nifrətlə kinə.
İnsanlığımız qəfəsdədi.
Allahlarçun vuruşuruq.
Dünyaysa son nəfəsdədi.

Allah bizim içimizdə,
biz Allahçun axtarışda.
Kimin Allahı daha güclü
Gündüz gecə biz yarışda.
Biz səni tapmadıq, Allah,
Nə olar, bizi bağışla.
Xəyalları basdırdıq biz,
Düşüncələr getdikcə dar.
Sənə görə vuruşuruq.
Əynimizdə bombalar var...



Baxış sayı - 1 947 | Yüklənmə tarixi: 29.06.2016 18:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930