«Zərrələr» təqdim olundu | MANERA.Az
![]()
/manera.az
Gənc xanım yazar Gülnarə İsrafilqızının müəllifi olduğu “Zərrələr” layihəsi çərçivəsində Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələrini bir araya gətirən və “Xan” Nəşriyyatı tərəfindən 300 səhifə olmaqla, 200 tiraj həcmində işıq üzü görmüş “Zərrələr” antologiyasının təqdimat mərasimi keçirilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə tədbir davam edib. Gülnarə xanım çıxışı zamanı həyata keçirilən layihə haqqında məlumat verərək, antologiyanın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirməklə, yeni nəsil Azərbaycan gəncliyinin ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunması yönündə antologiyanın özünəməxsus yer tutacağına inandığını, poeziyasevərlər və geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanacağına ümid etdiyini dilə gətirdi.
Keçirilən tədbirin iştirakçıları layihə və antologiya haqqında öz fikir və düşüncələrini dilə gətirdilər, layihənin müəllifi və rəhbəri, o cümlədən yazıları dərc olunan yazarların hər birinə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədilər.
Sonra antologiyalar müəlliflərə hədiyyə edildi.
Sonda xatirə şəkilləri çəkdirildi.
Çinarə Ömray,
Manera.az