manera.az
manera.az

Filmimiz ABŞ-da uğur qazandı

📅 19.12.2020 14:25

Filmimiz ABŞ-da uğur qazandı
Azərbaycanlı rejissorların “Uğur böcəyi” adlı filmi ABŞ-ın Florida ştatında 15 dəqiqəlik qısa sosial filmlər arasında “Ən yaxşı sosial film” nominasiyasının qalibi olub.

Manera.az xəbər verir ki, ekran əsəri autizmli uşaqlara həsr olunub. Kiçik oğlunun autizm sindromlu olması rejissorun bu işə təşəbbüs göstərməsinə səbəb olub. Filmin baş qəhrəmanı balaca Fatimə rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür, bu da amerikalı film mütəxəssislərinin diqqətini cəlb edib.

Filmin rejissorları Elçin Ağazadə, Elmar Bayramov, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhya, rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa ediblər.

Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.


Baxış sayı - 509 | Yüklənmə tarixi: 19.12.2020 14:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930