manera.az
manera.az

“Qara bağ” filmi Türkiyədə birinci oldu

📅 21.12.2017 17:33

“Qara bağ” filmi Türkiyədə birinci oldu
Rejissor Amil Məmiyevin “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından MANERA.AZ-a bildirilib ki, dekabrın 20-də baş tutan mükafatlandırma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.

Qeyd edək ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.


Baxış sayı - 1 323 | Yüklənmə tarixi: 21.12.2017 17:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031