manera.az
manera.az

Əməkdar artist: "İstedada önəm verilmir” - MÜSAHİBƏ | MANERA.AZ

Əməkdar artist: "İstedada önəm verilmir” - MÜSAHİBƏ | MANERA.AZ
manera.az
Manera.az-ın "MÜASİR DÜŞÜNCƏ" adlı layihəsinin bu dəfəki qonağı əməkdar artist Gülər Nəbiyevadır.

Nəbiyeva Gülər 1970-ci ildə Yevlax şəhərində doğulub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakultəsini bitirib. 1992-ci ildə Bakı Kamera Teatrında əmək fəaliyyətinə başlamışdır. 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə keçirilən "Dədə Qorqud" festivalının lauratı olmuşdur. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir. 2002-ci ildə Gülər Nəbiyeva "Əməkdar artist" adına layiq görülmüşdür. Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dan çox rol ifa etmiş, bədii filmlərdə və televiziya tamaşalarında iştirak etmişdir. "Girov" filmində baş rolu ifa etmişdir. 2012-ci ilin may ayının 9-da Prezident mükafatına layiq görülmüşdür.

-Sizcə müasir düşüncə nədir?

-Müasir düşüncəyə hər kəs öz şəxsi prizmasından yanaşa bilər. Mənim bəyəndiyimi başqası, başqasının da bəyəndiyini mən bəyənməyə bilərəm. Çünki, hər kəsin özünün şəxsi düşüncəsi, baxış tərzi və zövqü var. Müasirlik şəxsi düşüncə tərzidir. Müasirlik fərqli olmaqdır və hər nəsnədə özünü göstərməlidir.

-Müasir incəsənət nədir və necə olmalıdır?

-Müasir incəsənət ilk növbədə öz izahını tapmalıdır. İndi musiqilərin, geyimlərin, dekorasiyaların forması dəyişib. İşıq effektlərindən istifadə edilir. Tüstülərdən istifadə olunur. Hal-hazırda müasirlik ən çox texnika sahəsində özünü göstərir və son 10-15 ildə texnika çox sürətlə inkişaf etməyə başlayıb. Məhz səhnənin də gözəlləşdirən elə texnikanın özüdür.

-Müasir teatr, kino və serial sahələrinin hansı problemləri var və onları aradan necə qaldırmaq olar?

-Hal-hazırda kinomuzda çox problemlər var, ancaq əvvəl heç bu inkişafda yox idi.. Bizə ən əsas lazım olan ssenaristdir. Onların yazdığı ssenaridə hadisələr olmalıdır. Xarici filmlərə, türk seriallarına nəzər salsaq görərik ki, bir seriada 4-5 hadisə baş verir və tamaşaçı o hadisənin arxasınca gedir və hər hadisələrə sonda birləşir və bu maraq tamaşaçını təsir altına salmağı bacarır. Bizdə isə bu hadisələr hələ cüzidir. Bizim güclü ssenaristlərimiz, güclü yazarlarımız yoxdur. Bəlkə də var, ancaq üzə çıxaran yoxdur. Əsas problemlərdən biridə paltar və qrim sahəsindədir. Bunlar da əsas meyarlardan biridir. Bizdə film sahəsinin inkişafı üçün sponsor da tapmaq çətindir. Hazırkı filmlər dövlətin dəstəyi nəticəsində çəkilir. Çox istəyərdim ki, bizdə də sponsorlar olsun və film sahəsinin inkişafı üçün rol oynasınlar. Sponsorların olmaması da məncə güclü ssenarilərin yoxluğundan qaynaqlanır. Güclü ssenarilər olsa sponsor da tapmaq asan olar. Bu sahədə əsas problemlərdən biri də rejissorların serial və filmə aktyorları deyil, dost-tanışlarını çəkməsi ilə bağlıdır. Hələ ki, istedada önəm verilmir. Azərbaycanda dünya səviyyəli aktyorlarımız var. Professionallıq vəhdət təşkil etməldir. Bizdə isə aktyor təkdir. Heç nə edə bilmir. Bizim televiziyalar bütün bayramlarda eyni tamaşaları verirlər, çünkü yeni çəkilişlər yoxdur. Mən çox istəyirəm ki, Azərbaycan televiziyalarının hər birində ədəbi dram redaksiyaları açılsın və güclü aktyorlar vasitəsi ilə teletamaşalar hazırlasınlar.

-Bəs bu sahələrdə hansı inkişaf və irəlləyişləri görürsüz?

-Keçmişdən fərqli olaraq indi inkişaf prosesi gedir.Lakin inkişaf yetərincə yoxdur. Əsas inkişaf texnika sahəsində özünü göstərir. Bizdə serial və kino sahəsi hələ yeni-yeni inkişaf etməyə başlayıb və özünü təsdiqləməyə çalışır. Sadəcə efirlər inkişafa mane olurlar. Müğənnilərdən başqa efirdə heç kim yoxdur. Rəssamları ancaq müsaqibədən müsaqibəyə efirə dəvət edirlər. Aktyorları kiminsə haqqında fikir bildirmək üçün efirə çağırırlar.

-Bəs siz müasir incəsənətin inkişafı və problemlərin aradan qaldırılması üçün nə etmisiz?

- Dəvət aldığım filmlər, seriallar, reklamlar, oynadığım tamaşalar vasitəsi ilə bacardığım qədər öz gücümü göstərməyə çalışmışam. İştirak etdiyim bir çox festivallarda, Hindistana etdiyim qastrol səfərlərində bacardığım qədər Azərbaycan incəsənətini tanıtmağa çalışmışam. İranın Əhvaz şəhərində keçirilən beynəlxalq festivalda İlqar Fəhminin Konstantin Sergenkonun "Əlvida Yağan" əsərinin əsasında yazdığı "Axırıncı qatar" tamaşası ilə Qran-priyə layiq görülmüşük və Azərbaycan incəsənətinin adını ucaltmışıq. Mən çox istəyərdim ki, Azərbaycanda da beynəlxalq festivallar keçirilsin. Filmlər, tamaşalar müzakirə olunsun və Azərbaycan incəsənəti müasirlikdən də uca zirvələrə qalxsın.

Müsahibəni aldı: Mərahim Nəsib
MANERA.AZ




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031