manera.az
manera.az

Avropa ilin ən yaxşı filmini seçdi

📅 13.12.2020 10:47

Avropa ilin ən yaxşı filmini seçdi
Avropa kino akademiyası ilin ən yaxşı filmini seçib.

Manera.az xəbər verir ki, danimarkalı rejissor Tomas Vinterberqin “Bir daha” filmi ilin ən yaxşısı seçilib.

Film "ən yaxşı aktyor" nominasiyasında da qalib olub. Mads Mikkelson "ilin ən yaxşı aktyoru" adına layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasında isə “Undina” filmində rol alan Paula Ber qalib olub.

Qeyd edək ki, Avropa kino akademiyası 1988-ci ildə ABŞ-ın ”Oskar” mükafatına rəqib olaraq yaradılıb. Qalibə “Feliks” mükafatı verilir.


Baxış sayı - 573 | Yüklənmə tarixi: 13.12.2020 10:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031