İlin ən yaxşı aktyoru seçildi - Adlar

İlin ən önəmli kino hadisəsi olan "Oskar" mükafatlandırma mərasiminə az bir vaxt qalmış ABŞ-da kinoaktyorlar gildiyası (Screen Actors Guild Award) "İlin ən yaxşı aktyoru"nu seçib.
Manera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ada britaniyanın "Queen" rok qrupu barədə çəkilmiş "Bohemian Rapsody" filmində əfsanəvi rok ulduz Fredi Merkurinin obrazını canlandıran Rami Malek layiq görülüb.
Raminin rəqibləri isə “Hakimiyyət” filmindən Kristian Beyl, “Ulduz doğulub” filmindən Bredli Kuper, “Yaşıl kitab” filmindən Viqqo Mortensen və “Qara klan üzvü” filmindən Con Devid Vaşinqton olub.
Həmçinin, kinoaktyorlar gildiyasına görə ilin ən yaxşı aktrisası "Arvad" filminə görə Qlenn Klouz, ən yaxşı aktyor heyəti nominasiyasında “Qara Bəbir”, ən yaxşı ikinci plan aktyoru Maherşala Əli (“Yaşıl Kitab”), ən yaxşı ikinci plan aktrisası Emili Blant (“Sakit yer”) seçilib.
Qeyd edək ki, 91-ci "Oskar" mükafatlandırma mərasimi fevralın 24-də Los-Ancelesdəki Dolby teatrda baş tutacaq.
MANERA.AZ