manera.az
manera.az

48-ci "Emmi" mükafatının qalibləri - Siyahı

📅 24.11.2020 13:52

48-ci "Emmi" mükafatının qalibləri - Siyahı
Nyu-Yorkda 48-ci Beynəlxalq “Emmi” mükafatının onlayn təqdimetmə mərasimi keçirilib.

Manera.az xəbər verir ki, “Ən yaxşı aktrisa” nominasiyasında Qlenda Cekson fərqlənib.

O, "Elizabeth is missing" filmində 80 yaşlı qadını canlandırır.

“Ən yaxşı aktyor” nominasiyasında isə "Responsible Child" adlı mini-serialdakı roluna görə Billi Barrat seçilib.

Netflix layihələri iki kateqoriyada qalib olublar: “Ən yaxşı dramatik serial” (Hindistan istehsalı “Delhi Crime") və “Ən yaxşı komediya” (Braziliya istehsalı “Nobody’s Looking”) nominasiyalarında.

Suriyadakı müharibədən bəhs edən Britaniya filmi “For Sama” “Ən yaxşı sənədli film” kimi seçilib.

Nyu-York qubernatoru Endryu Kuomo isə pandemiya zamanı verilişlərinə görə “Dünya televiziya sahəsinin keyfiyyətinin qaldırılmasına xidmət edən yaradıcı nailiyyətləri” sayəsində qazanıb.

Ümumilikdə 11 kateqoriya üzrə 20 ölkədən 44 nominant olub.

Qeyd edək ki, “Emmi” mükafatı hər il televiziya sahəsindəki uğurlara görə verilir. /apa.az/


Baxış sayı - 649 | Yüklənmə tarixi: 24.11.2020 13:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930