manera.az
manera.az

Vətənpərvərlik mövzusunda əsərlərin qəbulu davam edir

📅 21.11.2020 14:17

Vətənpərvərlik mövzusunda əsərlərin qəbulu davam edir
Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vətənpərvərlik mövzusunda ədəbi müsabiqəyə hekayə, esse və poeziya janrları üzrə artıq 107 əsər təqdim olunub.

Nazirlikdən Manera.az-a bildirilib ki, əsərlərin say çoxluğunu nəzərə alaraq, onların qiymətləndirilməsi məqsədilə qısa zamanda Müsabiqə Komissiyasına təqdim edilməsi nəzərdə tutulur.

Müsabiqəyə təqdim olunan əsərlər Azərbaycan dilində yazılmalı və bundan öncə heç bir yerdə yayımlanmamalıdır. Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqəyə esse və şeirlərin qəbulu noyabrın 25-də, hekayələrin qəbulu isə noyabrın 30-da sona çatacaqdır. İştirakçılar tərəfindən əsərlər aşağıda göstərilən elektron poçt ünvanına göndərilməlidir:

E-mail: nrtis@mct.gov.az


Baxış sayı - 732 | Yüklənmə tarixi: 21.11.2020 14:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031