manera.az
manera.az

Ramil Səfərova həsr olunan ədəbi müsabiqə elan edilib

📅 30.05.2020 07:00

Ramil Səfərova həsr olunan ədəbi müsabiqə elan edilib
"Ramil Səfərov” mövzusunda ədəbi müsabiqə elan edilib.

Manera.az xəbər verir ki, ədəbi müsabiqə yazarbaycan.az saytı tərəfindən keçirilir.

Müsabiqənin təşkilində əsas məqsəd müharibələrin yaratdığı bəşəri problemləri və ölkəmizin otuz ildən artıqdır ki, üz-üzə olduğu, Dağlıq Qarabağ müharibəsini Ramil Səfərovun qəhrəmanlıq salnaməsindən yola çıxaraq ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, müharibə təhlükəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirmək və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin və şeirlərin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

Ədəbi nümunələr hekayə və şeirlərdən ibarət olmalıdır.

Hekayələr və şeirlər daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

Müsabiqəyə 25 000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur.

Hekayənin mətni üçün tələblər – şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir və

abdullayevzamiq@gmail.com – ünvanına göndərməlidir.

Mükafatlar:

Hər iki nominasiyada I yerin qalibinə sürpriz mükafatlar təqdim ediləcəkdir.

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 15 iyul 2020-ci il tarixində sona çatacaqdır.


Baxış sayı - 891 | Yüklənmə tarixi: 30.05.2020 07:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031