manera.az
manera.az

Akademiklər seçicilərə müraciət etdilər | MANERA.AZ

📅 27.10.2015 21:07

Akademiklər seçicilərə müraciət etdilər | MANERA.AZ


MANERA.AZ xəbər verir ki, bir qrup ziyalı Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 122 saylı Xankəndi Seçki Dairəsinın seçicilərinə müraciət edərək onları deputatlığa namizəd şair, professor Elçin İsgəndərzadəyə səs verməyə çağırıblar.

Milli Məclisə seçkilərin Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik olduğunu və ən layiqli namizədlərin seçilməsinin vacibliyini vurğulayan müraciət müəllifləri bildiriblər ki, belə layiqli namizədlərdən biri də 122 saylı Xankəndi Seçki Dairəsinın deputatlığa namizədliyi qeydiyyata alınmış professor Elçin İsgəndərzadədir: “Uzun illərdir ki, texnika elmləri doktoru, professor və hazırda Azərbaycan Texniki Universitetinin kafedra müdiri olaraq çalışan Elçin İsgəndərzadə ölkəmizdə yüksək ixtisaslı ali kadrların hazırlanmasında böyük xidmətlər göstərmiş və bu xidmətlərinə görə respublika Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülərək ona “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adı verilmişdir.

Akademiklər seçicilərə müraciət etdilər | MANERA.AZ

Azərbaycanın tanınmış şairlərindən biri olaraq Elçin İsgəndərzadə bütün əsərlərində öz vətənpərvərliyi və istedadı ilə seçilmiş, kitabları müxtəlif xarici dillərə çevrilərək dünyanın 30-dək ölkəsində çap olunmuş və həmin ölkələrin beynəlxalq mükafatlarına, orden və medallarına layiq görülmüşdür”.

Müraciətdə deyilir ki, 200-dən çox elmi əsərin, 48 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın müəllifi olan Elçin İsgəndərzadə Azərbaycan elmini 50-dən çox beynəlxalq elmi qurultay, konfrans, simpoziumlarda təmsil etməklə eyni zamanda bir sıra xarici ölkələrin akademiyalarının həqiqi (akademik) üzvü seçilib.

Daha sonra müraciətdə deyilir: “Biz, ölkə prezidentimizin və xalqımızın işğal olunmuş torpaqlarımızın geri qaytarılması yolunda apardıqları yorulmaz mücadilənin sonunda Sizlərin ən yaxın zamanda öz ata-baba yurdlarınıza qayıdacağınıza inanır, Sizlərə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulamaqla öz səsinizi ən layiqli namizədinizə verəcəyinizə şübhə etmirik”.

Qeyd edək ki, müraciəti bir qrup elm və mədəniyyət xadimi, o cümlədən, akademiklər Böyükkişi Ağayev, Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev, Hətəm Quliyev, professorlar Əlişir Musayev, Havar Məmmədov, Gülnaz Abdullazadə, xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, xalq artistləri Rasim Balayev, Amalya Pənahova, Mənsum İbrahimov və başqaları imzalayıblar.


Baxış sayı - 1 789 | Yüklənmə tarixi: 27.10.2015 21:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031