Prustun indiyədək yayımlanmayan hekayələri nəşr olunacaq

Fransız yazıçısı Marsel Prustun indiyənə qədər yayımlanmayan hekayələr toplusu Rusiyada nəşr olunacaq.
Manera.az Tass-a istinadən xəbər verir ki, Fransanın “Fallua” nəşriyyatından “Sirli müxbir və yayımlanmamış hekayələr” adlanan kitabın 2022- ci ildə Rusiyada nəşr olunacağını bildirilib.
Məcmuədə yazıçının 9 bilinməyən hekayəsi yer alıb. Prust bu hekayələri 1896- cı ildə “Servinc və günlər” toplusunda nəşr etdirməyi planlaşdırsa da naməlum səbəblərdən bu istəyini həyata keçirə bilməyib.
Qeyd edək ki, sözügedən əlyazmalar nəşriyyatın qurucusu Bernard de Falloy (1926-2018) tərəfindən 20-ci əsrin ortalarında aşkar edilib./kulis.az/