manera.az
manera.az

Heminqueyin naməlum hekayəsi nəşr olunub

📅 05.06.2020 11:20

Heminqueyin naməlum hekayəsi nəşr olunub
Nobel mükafatı laureatçısı Ernest Heminqueyin bu vaxta qədər bilinməyən hekayəsi işıq üzü görüb.

Manera.az xəbərverir ki, “Təqib bir xoşbəxtlik kimi” (“Pursuit as Happiness”) adlı hekayə “New Yorker” jurnalı sayəsində geniş oxucu kütləsinə çatdırılıb.

Hekayənin süjeti “Qoca və dəniz”dəki hadislərləri xatırladır. Bu hekayədə də baş qəhrəman dostları ilə birlikdə böyük marlin balığını tumağa çalışır.

Heminqueyin əlyazmasını nəvəsi Şon Heminquey Con Kennedi adına Prezident kitabxana-muzeyindən tapıb. Bu hekayə Heminqueyin dərc olunmamış əsərləri arasında ən qiymətlisidir. Şon Heminquey hekayənin təxminən 1936-1956-cı illər arasında yazıldığını güman edir.


Baxış sayı - 630 | Yüklənmə tarixi: 05.06.2020 11:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930