manera.az
manera.az

Musiqili Teatr yeni mövsümü açıq elan edib

Musiqili Teatr yeni mövsümü açıq elan edib
Sentyabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü açıq elan edib.

MANERA.AZ xəbər verir ki, sənət ocağı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ilə tamaşaçıların görüşünə gəlib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bütün kollektivi yeni mövsümün açılışı münasibətilə təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib.

Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan səhnə əsərində teatrın tanınmış və gənc aktyorları rol alıb.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, sənət ocağı Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir neçə səhnə əsəri ilə çıxış edəcək. Teatrın yaradıcı kollektivi festival günlərində teatrsevərlərə “O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşalarını da təqdim edəcək.
Musiqili Teatr yeni mövsümü açıq elan edib
Musiqili Teatr yeni mövsümü açıq elan edib
Musiqili Teatr yeni mövsümü açıq elan edibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930