manera.az
manera.az

Teatr tariximizdə silinməz iz qoyan böyük sənətkar -MANERA

Teatr tariximizdə silinməz iz qoyan böyük sənətkar -MANERA

24 aprel Azərbaycan teatr tarixində silinməz iz qoyan, böyük sənətkar Həsənağa Turabovun ölüm günüdür.
24 aprel Azərbaycan teatr tarixində silinməz iz qoyan, böyük sənətkar Həsənağa Turabovun ölüm günüdür.

Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.

Azərbaycan xalqı onu daha çox “7 oğul istərəm” filmindəki rəzil bir komsomolçunun gülləsinə tuş gəlməmək üçün özünə atəş açan Gəray bəy kimi sevib. Acı gülüşlə - “Get denən ki, Gəray bəyi öldürdüm!” deyən Həsənağa Turabov bu rolu ilə əsil Azərbaycan kişisi obrazını yaratmışdı. Filmdə həmin an böyük sənətkarın çöhrəsində əzab ifadəsiylə yanaşı gizli bir qəzəb də vardı. Bəlkə də, bu qəzəb millətin qürurunu alçaldan sovet rejiminə qarşı idi. İgidliyi məscidə it bağlamaqda, sərrast atəşlə dirəkdən asılan qazanı fırlatmaqda, sevdiyi qızı ona verərlərsə yurdundan çıxmağa hazır olmaqda, oğullardan birinin öldüyünü görəndə qisas almaq üçün bir qızı atın qabağına qatıb – “onu sən öldürdün”, - deyə şallaqla döyməkdə görən 7 oğulun timsalında idi bu alçaldılma.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. "Qanlı zəmi" filminin isə rejissoru olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.
"Yeddi oğul istərəm" filmindən bir epizodu təqdim edirik:


Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031