manera.az
manera.az

Dublyaj sənətinin əfsanəvi səsi...

Bu gün Azərbaycan teatrı və dublyaj sənətinin əfsanəvi səsi Həsən Əblucunun doğum günüdür.

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olmuşdur. Cənubi Azərbaycanda demokratik hərəkat süquta uğrayandan sonra ailəsi Bakıya köçmüşdür. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərmişdir. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə vermişdir. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş vermişdir.

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.
Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda biri-birindən maraqlı hekayələr, dram əsərləri yazmışdır.
Ənvər Əbluc 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı.
Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə almışdır.
Allah rəhmət eləsin!



Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031