manera.az
manera.az

“Balıqçının qızı” filmi Beynəlxalq Kinofestivalda

📅 01.09.2020 16:34

“Balıqçının qızı” filmi Beynəlxalq Kinofestivalda
“Cinex” (Azərbaycan) və “Non-stop prodakşn” (Rusiya) kino şirkətlərinin birgə çəkdiyi “Balıqçının qızı” bədii filmi oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kinofestivalın (MMKF) əsas müsabiqəsinin proqramında iştirak edəcək.

Manera.az xəbər verir ki, rejissor İsmayıl Səfərəlinin quruluş verdiyi “Balıqçının qızı” filmi Abşeron yarımadasında yerləşən kiçik bir kənddə yaşayan balıqçının həyatından bəhs edir.

Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, rejissoru İsmayıl Səfərəli, operatoru Şandor Berkeşi, quruluşçu rəssamı Sergey Zaykovdur. Rollarda Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

İsmayıl Səfərəli 2003-cü ildə “Duke Universiteti”ni (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və 2015-ci ildə Moskva Yeni Kino Məktəbində kinorejissorluq üzrə magistr dərəcəsi alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb, 3 qısametrajlı filmin prodüseri və rejissorudur, “Gecə qabarması” tammetrajlı bədii filminin həmmüəllifidir. Həmin ekran əsəri 2017-ci ilin iyulunda Karlovı Varı Film Festivalının intensiv proqramına qatılmaq üçün digər 6 layihələrlə seçilib. Bundan başqa, onun filmoqrafiyasına “Təkbətək” (2014), “Yuki üçün layla (2015) və “Əmin-amanlıq dənizi” (2017) qısametrajlı filmlər daxildir.

“Balıqçının qızı” filmi Beynəlxalq Kinofestivalda


Baxış sayı - 679 | Yüklənmə tarixi: 01.09.2020 16:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031