manera.az
manera.az

"General Polad Həşimov xatirələrdə” kitabı işıq üzü gördü

📅 23.08.2020 12:46

"General Polad Həşimov xatirələrdə” kitabı işıq üzü gördü
12-16 iyul Tovuz döyüşlərinin əsas qəhrəmanlarından biri-general-mayor Polad Həşimov haqqında kitab nəşr edilib.

Manera.az xəbər verir ki, "Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı olan "General Polad Həşimov xatirələrdə” kitabı "Hədəf Nəşrləri” və "XAN” nəşriyyatının ortaq layihəsidir.

Kitabın layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

Kitabda Polad Həşimovun anası Səmayə xanımdan, qardaşı İlham bəydən, bacısı Kəmalə xanımdan, həyat yoldaşı Ofeliya xanımdan, qızı Aybəniz xanımdan götürülən müsahibələr də yer alır.

Kitabın 60 səhifəsini əhatə edən "Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. "General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

"General Polad Həşimov xatirələrdə” kitabının ilk 2000 tirajlıq nəşri pulsuz paylanılacaq.


Baxış sayı - 1 001 | Yüklənmə tarixi: 23.08.2020 12:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031