manera.az
manera.az

Azərbaycan Ordusunun generalı şəhid oldu - Rəsmi

📅 14.07.2020 11:29

Azərbaycan Ordusunun generalı şəhid oldu - Rəsmi
İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhənin Tovuz istiqamətində xain hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Manera.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini Kərim Vəliyev deyib.

"İki sutka ərzində onlara sarsıdıcı atəş zərbələri endirilmişdir. Onların 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obyektlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovpolkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu
2) Mayor Novruzov Anar Gülverdi oğlu
3) Gizir Zeynallı İlqar Ayaz oğlu
4) Gizir Babayev Yaşar Vasif oğlu
5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

MANERA.AZ saytı adından Vətən uğrunda şəhid olan oğullarımızın ailələrinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Azərbaycan Ordusunun generalı şəhid oldu - Rəsmi


Baxış sayı - 1 419 | Yüklənmə tarixi: 14.07.2020 11:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031