manera.az
manera.az

Qəbələdə mərkəzi küçəyə şəhid generalın adı verildi - Foto

📅 06.08.2020 08:07

Qəbələdə mərkəzi küçəyə şəhid generalın adı verildi - Foto
Qəbələ şəhərinin ən böyük küçələrindən birinə general-mayor Polad Həşimovun adı verilib.

Manera.az xəbər verir ki, Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən küçəyə Polad Həşimovun adı verilib.

1100 metr uzunluğu olan bu küçədə abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, yeni ünvan lövhələri qoyulub.

Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Tovuz rayonunda törədilən təxribat nəticəsində şəhid olub.

Qəbələdə mərkəzi küçəyə şəhid generalın adı verildi - Foto


Baxış sayı - 704 | Yüklənmə tarixi: 06.08.2020 08:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031