manera.az
manera.az

Dünyanı göstərdiyin rəngdə görürəm - Rəhmət Babacan

Dünyanı göstərdiyin rəngdə görürəm - Rəhmət Babacan
MANERA.AZ Özbəkistanın istedadlı gənc şairi Rəhmət Babacanın məktublarını təqdim edir:

Yol məktubu

Kiminsə və ya nəyinsə qədirini bilmək üçün itirmək lazımdır? Xeyr, taleydən savayı bir şey bilməyən ruhla min ildir acı çəkdiyim ürəyimlə əmin edirəm ki, dünyadakı bütün ayrılıqlara qarşıyam mən.

...Hər zaman belə olmuşdur, belə də olacaqdır və özümə verilən vədlər güclərini itirmədilər. Bu dünyanın yolları nə qədər irəli gedirsə, getsin, bu bir-birindən ayrılmaq anlamına gəlməz, buna vücudumdakı bütün gücümlə inanıram. Bayırdakı yollar uzaqlaşdıqca, içəridəki yollar yaxınlaşır. Çünki içimizdəki yollar Tanrı tərəfindən yaradıldı...

Qatar hərəkət etməyə başladı. İçimdə bir narahatçılıq baş qaldırdı: mənzilə yetişəndə səndən uzaqlaşacaqdımmı? Təbii ki, xeyr! Çünki qəlbimin qəlbinə bir yolu var, sən dünyanın o başında, mən dünyanın bu biri başında olsam belə, hər zaman yaxınıq...

Çölləri, dağları, çayları, qəsəbələri və kəndləri keçməyə başladım. Hər dayanacaq sanki köksümdən bir xəncərlə vururdular. Bu xəncərin adı həsrətdir.

"Bir sonrakı dayanacaq Sırdərya!" - deyə, səsləndirirlər. Hiss edirsənmi, hiss etdiyimi hiss edirsənmi, söylə mənə? Yaxınlaşırıq... Dünya yolları qısalır. Həqiqətən də, yaxınlaşırıq...

"Bir sonrakı dayanacaq Səmərqənd". Həsrətlə qarışıq bir sevincli fikir ağlıma gəlir. Kəlmələr ağzımdan çıxır: "Ölkənə gəldim, ha-ha, sənin ölkənə..." Tez-tələsik qatardan enirəm. Bu enməklə dünya unudulur, düşüncələrimdən qeyb olur. Tələsik soruşuram:  "Burda nə qədər qalacağıq?" Yollardan cana gəlmiş stansiya işçisi yorğuncasına cavab verir:  "20 dəqiqə." "Bir az çox... Sonda... Haydı..." Təxmin edirəm.

Gəldim və elə o andaca yaşadığın yerə ayaq basdım. Səni tanrılaşdıraraq sevirəm. Tanrının mükafatı sənsən. Tanrının əmri ilə mənim olduğunu söyləyirəm.

... Ayrılıq vaxtı yaxınlaşdı. Bu yaramaz qatar bir neçə dəqiqə içində yola düşür. Buraya gəlmədən öncə qatarı sevdim, bu dəmirə bir şeir yazmaq istədim, lakin indi hər şey dəyişdi... İndi getmək lazımdır. Yüzlərlə insan ayrılıq və həsrət məsafəsini getmək mıcburiyyətində.

Qəlbimlə, duyğularımla, ruhumla, məndəki "Sən"i arzulayaraq gəldim. Cismim Xarazmə gedir. Ancaq ruhum və qəlbim burada qalır. İstədiyi biri ilə qalır. Bu dəfə Vətənimə ruhsuz və könülsüz girəcəyəm. Narahat olma, həsrətin hələ də mənimlə, belə asanlıqla getməsinə izin verməyəcəyəm. Əgər getməyə icazə verərəmsə, yalançıyam.

Ayrıldım... Məsəfaləri bir-bir qət etməyə başladım. Kaş ki yanımda olsaydın. Bu uzun səyahətin kədəri bir az sakitləşdirər məni, bəlkə... Sən mənim yanımdasan, hər zaman hiss edirəm, mən sənin yanındayam, sən də hiss edirsənmi? Sevgi dolu əllərimin də əllərini tutduğunu hiss edirsənmi? Bilmirdim... Tək bildiyim odur ki, səni çox gözləmişdim...

Göründüyüm kimi olduğumu, Tanrıya nə üçün dua etdiyimi, nə istədiyimi xatırla!

Sənə söyləyəcək çox şeyim var, amma sənə söyləyə bilmirəm, bir qorxum var. Bir gün səninlə görüşəndə bu qorxunun tamamilə ortadan qalxacağına inanıram...

Sən də məni gözlədinmi? Ruhum səninlə... Səninlə qaldı. Əsla sahibinə geri vermə... Səndə olarsa, hər şey qaydasına düşər...

Hələ gəlirəm! Səninlə sonsuza qədər qalmaq üçün gəlirəm... Təki sağ olasan, səni Tanrıma əmanət edirəm!
19 iyun, 2020-ci il, Cümə günü.

Göstərdiyin rəngdə dünyanı görürəm!

Sənə şaqraq gülüşlərinlə bağlı fikirlərimi söylədimmi?!

Yanılmıram ki?! Öncə sənə söylədim, amma onların əslində nəyə bənzədiklərini söyləmədim... Mavi qəh-qəhələrin haqqında...

Eşq və mərhəmətə susamış dodaqlarından hər zaman mavi bir gülüş tökülür. Göz bəbəklərim bu maviliyə batarkən müqəddəs xoşbəxtlik və mübarək sevinclər gətirən bir adam olduğumu hiss edirəm. Mavi qəh-qəhələrin səsində qəlbim rəqs etməyə başlayır, bu rəqsdən sonra bir şeir ortaya çıxar, bir kəlmə ortaya çıxar...

Gözlərin... Sənə gözlərindən bəhs etdimmi? Sənə söyləmək istədiyim sözü sanki bilirmişsən. Daha öncə sanki bunu söyləmişdim. Bəlkə də auralarımızın rənglərinin eyniliyi, qəlblərimizin bənzərliyi səbəbindəndir bu...

Gözlərin anlamadığım bir gecədən rəng çaldı: qapqara. O qaranlıqda işığı görürəm, sadəcə mənim üçün nəzərdə tutulmuş işığı saxlayın, bir ulduz olduğumu söylədin, gerçək ulduzların hər zaman İşıq üçün uzun yaşadığına şübhə yoxdur. Mənim üçün gözlərində həyat var, göz bəbəyində zövq var. Yəni, o qara rəngsiz mənim üçün həyat yoxdur.

Bəzən vücudumun səninlə olmadığına təəssüf edirəm, peşmançılıq çəkirəm... Niyə qara gözlərindən rəngsiz göz yaşları axıb üzünə yuvarlandıqda çiynim boş, çarəsiz əllərim sıxılır, barmaqlarım, hə, hə, barmaqlarım keyiyir, çox sərt uyuşur..."O yaşları böyüdə bilmədim!" özümü belə günahlandırıram...

Qəlbim yaşıl. Bahar sinənin sol tərəfində yaşayır. Mənim baharım. O mənim saflığım. Baharım dünyada olduqca mən də xoşbəxt bir həyat yaşayacağam.

Gözlədiklərin köhnə şeir dəftərimin rəngi kimi sarı. Bəyaz göz yaşları və qara şeir onu sarı etdi.

Üzülmə, canım, həsrətinin rəngi üzündə yaşamağa davam edir...

Mənə az və çox yaşatdığın acıların boz rəngdədir. Siqaret və duman qalıqları arasından tapdım. Böyük kədərdir mənim üçün. Sadəcə siqaretlərin qəlbimi zəiflətməsinə və dumanın gözlərimi kor etməsinə icazə vermə. Əgər mənə əziyyət verərsənsə, mənimlə ol, mənə əzab ver və mənə bağışladığın əziyyətlər məni yaradacaq.

Xəyal gücümüzün rəngi gül rəngindədir. Onun rənginə sarılmış "Mən"im səndədir, minnətdaram. Düşüncələrin belə saf bir səslə söylənilir. O zaman bir həyəcanlı titrəyirəm ki...

Sənə kəlmələrin və ifadələrin rəngindən bəhs edərsəm, özünü tanımayacaqsan, inan mənə, bunun mən olduğumu düşünəcəksən. Onlar fərqli rənglərdə gələ bilərlər. Ruh halına bağlı olaraq, əlbəttə.

Canım, dünyanı göstərdiyin rəngdə görürəm, amma sən qəlbimi və gözlərimi dolduran rənglərin sahibi - Qonağımsan.

Tərcüməçi: Eluca AtalıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031