manera.az
manera.az

Dünyanın dərd bazarında - YENİ İMZA

📅 27.03.2018 15:00

Dünyanın dərd bazarında - YENİ İMZA
Manera.az dgtyb.aza istinadən yeni imza Vüsalə Nemətin şeirlərini təqdim edir:

(1999-cu ildə Ağdaşın Mürsəl kəndində doğulub. Orta təhsilini Mürsəl kənd tam orta məktəbində alıb (2005-2016).
Hazırda ADAU-nun 2-ci kurs tələbəsidir. Kiçik yaşlarından düşüncələrini fərqli şəkildə ifadə etməyə çalışır... Və şeirlər yazır...)


ATAM ÜÇÜN


Tanrıdan diləyirəm
atam salamat olsun!
Varlığıma səbəbkar
adam salamat olsun...

Baxanda gözlərinə
dərdləri tez oxunur...
Atam kövrəkqəlblidir,
hər söz ona toxunur...

Zaman yaşa doldurub,
saçlarına düşüb dən...
Hərdən güzgüyə baxır,
deyir: - Qocalmışam mən...

Tanrıdan diləyirəm
atam salamat olsun!
Varlığıma səbəbkar
adam salamat olsun...

BİTMƏYƏN ARZULAR

Bir arzum var bu həyatda,
arzum gözümdə qalmasın.
Mümkündürmü göz ağlaya,
amma ürək yanmasın?

Qəbul edib olanları,
barış gerçəklərlə sən...
Eybi yoxdur,
başa düşmə;
Nə vaxtsa başa düşərsən...

Xəyallar qatarında mən
oturmuşam bu gün də...
Yollar bitib-tükənmir,
yol qaralır gözümdə...

SEVİNC CALAĞI

Qəlbimdə dərd toxumundan
qocaman ağac bitib...
Sevinc calağı tutmayıb,
quruyub, gözdən itib...

Sən də dözə bilmədinmi?
çarəsizmi qalmısan?
Sonu gəlməz savaşlardan
nəsibini almısan..?

Qınamayın nolar məni,
heç taqətim qalmayıb...
Dünyanın dərd bazarında
son DÖZÜM də satılıb...


Baxış sayı - 1 575 | Yüklənmə tarixi: 27.03.2018 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031