manera.az
manera.az

Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda

📅 07.08.2020 18:28

Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada-folklor ansamblı Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək.

Manera.az xəbər verir ki, avqustun 8-də ansambl Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək. Artıq 5-ci dəfə keçirilən festival bu il koronavirus pandemiyası üzündən onlayn formatda reallaşacaq.

Qeyd edək ki, “Cəngi” ansamblı xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur.

Azərbaycanı dəfələrlə mötəbər musiqi yarışmalarında, beynəlxalq festivallarda layiqincə təmsil edən “Cəngi” estrada-folklor ansamblının bədii rəhbəri, tanınmış ud ifaçısı, Azərbaycanın Xalq artisti Mircavad Cəfərovdur. Ansamblda həmçinin Əməkdar artist Ruslan Hüseynov (bas-gitara), Mircavid Cəfərov (tar), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano), Fərhad Əliyev kimi tanınmış peşəkar ifaçılar fəaliyyət göstərirlər. Ansamblın eyniadlı rəqs qrupu da uğurla çıxışlar edir.

Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda


Baxış sayı - 734 | Yüklənmə tarixi: 07.08.2020 18:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031