manera.az
manera.az

Şəhid qəbri and yerimiz - Şeirlər

Şəhid qəbri and yerimiz - Şeirlər
Rəna Əliyeva 2002-ci ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevir Dövlət Universitetinin II kurs tələbəsidir. “Mingəçevir qönçələri” ədəbi məclisinin üzvüdür. “Bənövşə” jurnalında, “Bir ocağın şöləsiyik” və “Hər könüldən bir soraq” almanaxlarında şeirləri yer alıb.
İsmayıl İmanzadə
AYB-nin Mingəçevir bölməsinin sədri



ATA

Üç uşaqlı bir evin
Sütunu, dirəyisən.
Ağzımızın dadısan,
Duzusan, çörəyisən.

Sənin saf məhəbbətin
Qəlbimizdə salıb iz.
Böyüyüb boy atırıq,
Halal zəhmətinlə biz.

QARA YANVAR

Qarlı qış gecəsində
Bakı boyandı qana.
İnsanların naləsi
Yayıldı neçə yana.

Heç kimə bircə anlıq
Aman vermədi yağı.
Sübhədək açlmadı
Göylərin “qaş-qabağı”.

Düşmənin qarşısında
Əyilib çökmədik diz.
O dəhşətli gecəni
Heç vaxt unutmarıq biz.

ATA YURDUM

Cəbrayılda göz açıb
Mənim atam dünyaya.
Deyir gəlmirdi orda
Ayna bulaqlar saya.

Bar-bəhrəli düzləri,
Yaşıl bağları vardı.
Hər vaxt insanlar orda
Çox xoşbəxt yaşayardı...

Yaman kövrəlir atam,
Bu sözləri deyəndə.
Nisgilindən söz açır
Saçlarındakı dən də...

Təsəlli verib ona
Deyirəm ki, döz bir az.
O doğma torpaqlara
Çatar səsimiz bu yaz.

Zəfər günü hər yanda
Xar olar düşmənimiz.
Qayıdıb Cərayılda
Gül-çiçək əkərik biz.

VƏTƏN

Yaşayırsan cismimdə,
Arzumda-diləyimdə
Yenilməyən dağ kimi
Durmusan kürəyimdə.

Sənsən gücüm-taqətim,
Şərəflisən-şanlısan.
Bayrağın güvənc yerim,
Ay-ulduz nişanlısan.

Səndən üzülsə əlim,
Dönərəm daşa, Vətən.
Gərəksə qoy, mən ölüm-
Təki sən yaşa, Vətən.

ŞƏHİD QƏBRİ

Şəhid qəbri-torpaqda göyrən,
Nisgilimiz-ahımızdır.
Şəhid qəbri-and yerimiz,
Qibləmiz-qibləgahımızdır.
Şəhid qəbri vətənin
Bir parçasıdır,
Aranımız-dağımız kimi.
Şəhid qəbri doğmadır bizə,
Üçrəngli bayrağımız kimi...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31