manera.az
manera.az

Notr-Dam kilsəsi yenidən bərpa ediləcək

Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
Fransanın məsləhətçi komissiyası sayılan Milli İrs və Memarlıq Komissiyası Notr-Dam kilsəsinin yenidən bərpası ilə bağlı qərar vermək üçün bir araya gəlib.

Manera.az xəbər verir ki, mütəxəssislər iclas zamanı kilsənin şpil (qüllə) hissəsi və qəzadan əvvəl ağacdan hazırlanmış damın və onun çərçivəsinin yenidən qurulması məsələsini müzakirə ediblər.

XIX əsrdə memar Eugene Viollet-le-Dukun inşa etdiyi dam örtüyünün eynilə bərpası üçün ölkə əhalisi və bu işi görəcək mütəxəssislər arasında yekdil bir fikir mövcuddur.

Parisin qotik üslubun incisi sayılan Notr-Dam kilsəsinin 2019-cu il aprelin 15-də yanğın zamanı dağılan dam örtüyü bərpa olunarkən onun əvvəlki görkəmi özünə qaytarılacaq.

Qeyd edək ki, kilsədə ilk şpil 1250-ci ildə inşa edilib və uçmaq təhlükəsi ilə üzləşdiyindən 1786-1792-ci illərdə demontaj olunub. XIX əsrdə dam örtüyünün bərpasına cavabdeh olan Eugene Viollet-le-Duk kilsənin üstünü bağlamaq üçün yerdən 93 metr hündürlüyündə taxta və 750 ton qurğuşundan istifadə edərək yeni şpil inşa edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31