manera.az
manera.az

Notr-Dam yanğını haqqında serial çəkiləcək

📅 16.10.2019 10:55

Notr-Dam yanğını haqqında serial çəkiləcək
Fransanın “Vendome” şirkəti Paris Notr-Dam kilsəsində baş verən yanğın barəsində serial çəkmək qərarına gəlib.

Manera.az TASS agentliyinə istinadən xəbər verir ki, film kilsədə jurnalist tədqiqatları aparmış “The New York Times” qəzetinin məqalələri əsasında çəkiləcək.

Məlumatda bildirilib ki, serial 4-6 hissədən ibarət olacaq. “Vendome”un rəhbəri Filip Ruselle deyib: “Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Ssenaridə dəyişikliyin olması istisna deyil. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq”.

Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu ilin aprelin 15-də baş verib.


Baxış sayı - 1 021 | Yüklənmə tarixi: 16.10.2019 10:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031