manera.az
manera.az

Ayrılığın əlindən ala bilmədim səni - Yeni şeirlər

Ayrılığın əlindən ala bilmədim səni - Yeni şeirlər
MANERA.AZ Cavid Fərzəlinin yeni şeirlərini təqdim edir:

***
Sənə doğru
ürəyimdə bütün güllə yerləri sağ qaldı,
ölmədim qumruların nəğməsində, çiçəklərin dilində...

Sevda susandan bəri
ürəyim daha çox arxanca atılır sənin
qanadlarına tərəf yüyürən uçrumda
havaya sarılan yarasa gözlü dumanda...

Sənəcən qollarımın üstündə yaxın durdum
qıvrım qaranlıqdan asılan pəncərəyə,
eynəkli masalara...

Ürəyim yenə eyni tərəfə axır
durğun dənizlərdə, lal səmalarda...

Heyf bilməmişəm,
çiçəklərin doğulduğu gün ölürmüş bahar...
Günəşin əynindəsə
əlləri üşüyürmüş qışın.

...Və birdə də bu payızda
bütün yollar ölü daşımaqdan yorulub artıq...

Bağışla, ayrılığın əlindən ala bilmədim səni...
Axı buludlar ölüm ayağında qalıb yağışların əlində...
Axı bütün sabahlar
aydınlıqdan qıraq qalıb gecələrin əlində...


***
Səndən ötrü çox üzgünəm...
Ürəyində aydın bir səs olmaq istəyirəm;
Səni hər duyduğumda,
hər susqun kəlməmdə.
...Yolunda, ayaqlarımı basdırıram qaranlıqların çiynində,
bütün divarların gözün oyuram
pəncərə şəkillərində.

...Qollarımda yuxusu yoxmuş pəncərələrimin,
bax, gözlərim gecəyə danışır səni.
Qaranlıqlar çapır divarlarımı
sənə doğru yel atına minən çırağımda...

...Bilirsənmi, sənsiz yaşamaq doğma bir yalana uymaqdır,
doğma bir ürəkdə qışı salmaqdır.

Əlləri saralmış bu payızda
bütün rənglərdə sevirəm səni.
Qoy sevgidən əl açsın küçələr,
qoy dizi qanasın yağışların.
Çünki
Günəş qopan tərəfimiz aydınlıq saçar...
Çünki
sənə olan eşqim hər tabutdan,
bir göz açar...


***
Pəncərəmdən baxanda; güzgülərdən doğma olmaq istəyirəm buludlara,
yollardan ayaqlarını kəsmək istəyirəm ayrılıqların...

Heyif,
yağışların üzü qalmır
güzgülərin yaddaşında.

...və sonra darıxmağımız balıq üzlü sulara dağılır.
Saata baxmadığımız andan yaşadığımız hər dəqiqə ölü doğulur
bu evin saralmış ürəyində.

Sən demə,
bir kəpənək ömrünün əvvəlində
tələsdiyimiz bütün addımlar
xoşbəxtliyə yubanmaq imiş.

...Küçələrin kirli təbəssümündə
oğlumla atam arasında
həmişə otuz yaşımda qalacağam.
...və mən bunu qəbirlərin qulağına pıçıldaya bilməyəcəm.

Axı, yaşamaq hər günün içindən sevdiklərini sağ çıxartmaqdır...
Uçuq tərəfinə söykəndiyin hər gecə
dustaq pəncərəsidir.
Massamın üstündəki kitablar əllərimin tənhalığıdır.

Hər saatın başında
gizləmək istədiyim duru qaranlıqlar
mənə söylədiki;
ömründə bircə dəfə qovuşmadınsa
heç vaxt tənha ola bilmirsən...
Ürəyinin dabanından çırpılırsan yerə.
Əqrəblərin səhərində
döydüyün hər günün qapısında.

...və beləcə tənhalıq diri gözlü gecələrə dönür,
qar üzlü ömürlərə qalır.

Sənsə hələ
tək qaldığın üçün səhəri gözləyirsən
elektrik lampasının altında,
Allahı qarğıyırsan.

Günəş qapını döyür artıq... Ayaqqablarım sarılır qapımızın ağzına.
Dur əlindən tut qarışqa arzuların...
Ölmə!
Onsuz da qapımızın üzün sevməz küçələrin göz yaşı.

Kaş ki... birdə dönə
o günlərin çiçək vaxtı


O ipək günlərimiz
Buludlar üstündəydi.
Onda dəniz gülərdi,
Sullar təbəssümlüydü.

Yağışların gözündən
su içərdi sevgimiz.
Sevda gözlü sularda
durulardı qəlbimiz...

Küçələrin qucağın
İsidərdi həsrətin.
Bir ötən sevda başında.

Ehh...Ayağına
Yol öyrədə bilmədik
Körpə sevgilərin...
Yüz ilin ayrılığında.

Əlləri soldu baharın.
Heyif, suya qayıtdı
Səni sevdiyim günlər.
Balıq yaddaşı imiş,
Sən demə xatirələr.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031