manera.az
manera.az

Dağıldı addımlarım ayrılığın üstünə - Yeni İmza

Dağıldı addımlarım ayrılığın üstünə - Yeni İmza
Manera.az "Yeni imza" layihəsində Qəmər SözAyın şeirlərini təqdim edir:

Dağıldı addımlarım ayrılığın üstünə

İncinmiş duyğularım daha büküb boynunu,
Gizlənib qəlb evimin soyuq künc bucağında.
Həsrətinə sarılıb, axtarıram kölgəni,
Axtarıram bu eşqin kül olmuş ocağında.

Yollar da yorğun düşüb, həsrət qalıb izinə,
Yollar da ağrı çəkir, yadların addımından.
Heçmi göynəmir adam, sol yanının qibləsi,
Bu qədər asanmıydı vaz keçmək qadınından.

Sığınır gecələrim zülmətlərin qoynuna.
Göz yaşım sığal çəkir sevgimizin büstünə.
Yoxluğun kədər biçdi, ömrün qara donuna,
Dağıldı addımlarım ayrılığın üstünə.

Həmin qadın deyiləm

Nə sən həmin o adam, nə mən həmin qadınam,
Boynu bükük ümidlər ruhunu təslim edib.
Qarşılaşsaq döyünməz birgə vuran qəlbimiz,
Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.

Yaşadığım ünvan da daha həminki deyil,
Daha xatirələr də canlanmayır gözümdə.
Varlığınla var olan o qadından əsər yox,
Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.

Bircə-bircə xəyallar uçuruma adlayır,
Zaman da taleyimə kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun qaranlığı boydadır.

Gəl, birlikdə kor edək…

Dağılıb ümidlərin,hərəsi bir köşəyə,
Neyləyim axtarmağa taqətim də qalmayıb.
Mən necə yanılmışam,səni belə sevərək,
Sən adlı bir ünvanım heç əzəldən olmayıb.

Tıxanır boğazımda eşqə dair cümlələr,
Lal olur məhəbbətim sevgisizlik dilindən.
Taxtın qurub qəlbimdə,həsrətin padişahı,
Qurtar məni İlahi,bu qüssənin əlindən.

Üşüyür xatirələr,yaddaşımın evində,
Ruhum soyudur artıq nəfəsimdən özünü.
Yollar uzanıb gedir,hicranın qollarına,
Gəl, birlikdə kor edək,ayrılığın gözünü.


* * *
Bir quru canım qalıb,səndən sonra özümdən,
Uğursuzluqlar büküb,taleyimin qəddini.
Boş,mənasız bu dünya elə düşüb gözümdən,
Yarıb,keçə bilmədim,kədərin sərhəddini.

Basdırılmış ümidlər üşüyür məzarında,
Çəkdiyim ah-nalələr ərşə qulaq batırır.
Taleyinin önündə diz çökən quzğun kədər,
Mənimsə gəncliyimi ağuşunda yatırır.

Bax,hələ də qalmışam keçmişin qucağında,
Sönük gəzdirir ruhum,bu cansız bədənimi.
Sən indi ailənlə,öz isti ocağında,
Mən hər gün itirirəm,yaşamaq "nədənimi".


* * *
Mən sənin eşqinə sürgün gəzirəm,
Sənsə divanəndən bixəbər adam.
Kor qalmış bəxtimdən əlim üzürəm,
Bu dünya aləmə özgəyəm,yadam.

Aşiqəm hüsnünə sən tək əğyarın,
Solur gündən-günə nuri cəmalım.
Az bir nəzər eylə yetiş imdadə,
Bitib tükənmək üzrə həyat amalım.

Gəl sönsün qəlbimdə qəmin ocağı,
Həsrət körpüsünü birlikdə aşaq.
Gəl qızsın,isinsin sevgi qucağı,
Bu eşqin şəninə nəğmələr qoşaq.

Qoy çəksin ayrılıq möhnətimizi,
Cəm olsun dillərdə xoşbəxtəm sözü.
Gəl ataq zindana kədəri,qəmi,
Bircə kərə gülsün Qəmərin üzü.


* * *
Sevgiylə süslənmiş görüş yerimiz,
Neçə sevgilərə başlanğıc qalıb.
Neçə sevənlərə qənim kəsilib,
Neçə ayrılığın yolunu alıb.

Neçə sevənlərin tapdağı olub,
Bəlkə də incinib,çatlayıb indi.
Hər addım bizimlə döyünən yolun,
Ürəyi dayanıb,partlayıb indi.

Çəkib ayrılığa bu yollar bizi,
Sən başqa bir qola,mən başqa qola.
Arxamız əcəldir,önümüz ölüm,
Çətin ki,qayıdaq biz həmin yola.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829