manera.az
manera.az

Beynəlxalq musiqi festivalı təxirə salındı

Beynəlxalq musiqi festivalı təxirə salındı
Gürcüstanda hər keçirilən ənənəvi “Tbilisi Open Air” beynəlxalq musiqi festivalı 2021-ci ilin iyun ayına qədər təxirə salınıb. Buna koronavirus pandemiyasının yaratdığı ağır vəziyyət səbəb olub.

Təşkilatçılar iyunun 21-22 və 23-nə nəzərdə tutulmuş festivalı əvvəlcə sentyabrın ikinci yarısına qədər təxirə salmışdılar. Lakin koronavirusun dünyada yaratdığı problemlər səbəbindən festivalın 2021-ci ilə qədər təxirə salınması barədə yeni qərar qəbul olunub.

Təşkilat komitəsindən Manera.az-a bildirilib ki, komitə üzvləri yerli və beynəlxalq ekspertlərlə məsləhətləşmələr aparıb.

Koronavirusla əlaqədar musiqiçilərin və iştirakçılarının təhlükəsizliyi nəzərə alınaraq festivalın gələn il keçirilməsi məqsədəuyğun hesab olunub.

Qeyd edilib ki, bu il bütün dünyada keçirilməsi nəzərdə tutulan 2000-nə yaxın festivalın 1900-ü pandemiya səbəbindən təxirə salınıb.

Tbilisidə ilk dəfə 2009-cu ildə təşkil olunan “Tbilisi Open Air” regionda açıq səma altında keçirilən ən böyük musiqi festivalıdır.

Festivalda müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın tanınmış musiqi qrupları iştirak edirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031