manera.az
manera.az

Kann kinofestivalı təxirə salınıb

📅 21.03.2020 18:43

Kann kinofestivalı təxirə salınıb
Cari ilin 12 may - 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.

Manera.az xəbər verir ki, bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu - iyulun əvvəlində keçirilməsi müzakirə olunur.

“Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir./report.az/


Baxış sayı - 808 | Yüklənmə tarixi: 21.03.2020 18:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930