manera.az
manera.az

Teatr gənc rejissorlar üçün müsabiqə elan etdi

Teatr gənc rejissorlar üçün müsabiqə elan etdi
Lənkəran Dövlət Dram Teatrı müsabiqə yolu ilə rejissorları əməkdaşlığa dəvət edir.

Manera.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd koronavirus (COVİD-19) pandemiyası bitdikdən sonra, sənətsevərlərin əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən komediya janrında yazılmış əsəri tamaşaya hazırlamaqdır.

Müsabiqədə əsasən, gənc rejissorların iştirakı nəzərdə tutulub.

Təqdim olunan əsərlərin eksplikasiyası daha çox maraq kəsb edən rejissora üstünlük veriləcək.

Dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim olunmalıdır. Tamaşanın hazırlıq prosesi isə cari ilin dördüncü rübü üçün nəzərdə tutulub.

Əlavə məlumat üçün qala-teatr@mail.ru e-mail ünvanına, eləcə də (02525) 5-49-73 və (050) 377-19-24 (mobil) telefon nömrələrinə müraciət etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930