manera.az
manera.az

Koronavirusla bağlı daha bir müsabiqə

Koronavirusla bağlı daha bir müsabiqə
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə həsr edilmiş “Minnətdarıq” adlı Respublika rəsm müsabiqəsi elan olunub.

Manera.az xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Müsabiqə uşaq, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının göstərdikləri çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılanmaq məqsədi ilə təşkil olunur.

Müsabiqədə iştirak etmək istəyən uşaq, yeniyetmə və 30 yaşa qədər gənc rəssamlardan www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq”afişasına toxunmaqla və ya (http://xsm.az/site/minnetdariq) linkə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqları tələb olunur.

Qeydiyyat mayın 15-dək aparılacaq.

Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcək və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 5- 12 yaş, 12-17 yaş və 17-30 yaş;

Ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək;

Seçim zamanı kənar (müəllim, valideyn) müdaxilə olmayan işlərə üstünlük veriləcək;

Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək;

Təşkilatçılar öncə sərgilənməmiş - yeni əsərlərin yaradılmasını tövsiyə edir;

Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər;

May ayının 20-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin siyahısını və tədbirin davamı haqda əlavə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az saytından, Facebook və Instagram səhifələrindən, həmçinin Xətai Sənət Mərkəzinin www.xsm.az saytının elanlar bölümündən, facebook və instagram səhifələrindən izləyə bilərlər.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan olunaraq Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq.

Mükafatlandırma fondu aşağıdakı kimidir:

17-30 yaş üçün

I yer (1 nəfər) – 1500 manat
II yer (1 nəfər) –1000 manat
III yer (1 nəfər) –500 manat

Həvəsləndirici mükafat (5 nəfər) - 300 manat

12-17 yaş arası üçün

I yer (1 nəfər) – malbert
II yer (1 nəfər) – 24-lü akril dəsti
III yer (1 nəfər) – 24-lü suluboya dəsti+masa üstü molbert

Həvəsləndirici mükafat (10 nəfər) – 12-li quaş dəsti

5-12 yaş arası üçün

I yer (1 nəfər) – planşetli molbert
II yer (1 nəfər) – 24-lü sulu boya dəsti
III yer (1 nəfər) – 24-lü quaş dəsti

Həvəsləndirici mükafat (10 nəfər) – 12-li akril dəsti

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, müsabiqə və sərginin gündəliyi “COVID-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri yuxarıda göstərilən tarixlərədək aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn şəkildə İnternet üzərindən davam etdiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031