manera.az
manera.az

Onlayn rəsm müsabiqəsi elan olundu

📅 04.04.2020 08:24

Onlayn rəsm müsabiqəsi elan olundu
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 6-16 yaş qrupuna daxil olan məktəblilər arasında “Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsini elan edir və onları bu müsabiqədə fəal iştirak etməyə dəvət edir.

Manera.az xəbər verir ki, müsabiqə bədii təxəyyülə malik istedadlı məktəblilərə dəstək olmaq, onların yaradıcılığının tanıdılmasına əlavə imkanlar yaratmaqla rəssamlıq fəaliyyətini stimullaşdırmaq, eləcə də gənc nəsilləri türkdilli xalqların zəngin mədəni irsinin, qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və dünyada təbliğinə cəlb etmək məqsədini daşıyır.

Rəsm əsərləri türkdilli xalqların günümüzədək yaşadılan milli adət-ənənələrini, mərasimlərini, həmçinin Türk Dünyasının ortaq mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirməlidir.

Müsabiqədə iştirak edəcək məktəblilərin özləri barədə ətraflı məlumat (adı, soyadı, təvəllüdü, yaşadığı ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, eləcə də təsvir etdiyi kompozisiya və ya adət-ənənə haqqında ana dili və ingilis dilində qısa məlumat) əlavə edilməklə rəsm əsərləri 1 may 2020-ci il tarixinədək turkictraditions@gmail.com elektron poçtuna göndərilməlidir. Təqdim olunan rəsm əsərləri xüsusi olaraq yaradılacaq internet saytında onlayn qaydada sərgilənəcəkdir.

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ləğv edildikdən sonra rəsm əsərləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun A.Bakıxanov 73A, Bakı şəhəri, Azərbaycan Respublikası ünvanına poçt vasitəsi ilə göndərilməlidir.

Qaliblər xüsusi diplom və mükafatlarla təltif olunacaqdır./525.az/


Baxış sayı - 1 289 | Yüklənmə tarixi: 04.04.2020 08:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031