manera.az
manera.az

Hollivud ulduzu kosmosda filmə çəkiləcək

📅 07.05.2020 11:02

Hollivud ulduzu kosmosda filmə çəkiləcək
Məşhur Hollivud aktyoru Tom Kruz yeni macəra filmində çəkiləcək.

Manera.az xəbər verir ki, filmin bir hissəsi Beynəlxalq Kosmik Stansiyada reallaşacaq.

Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) direktoru Ceyms Braydenstayn deyib.

“NASA Tom Kruzu stansiyanın göyərtəsində görmək və onunla film üzərində işləməkdən çox məmnundur. Biz NASA-nın iddialı layihələrini həyata keçirən yeni nəsil mühəndis və alimləri ruhlandırmaq üçün bütün media vasitələrindən istifadə etməliyik”,-deyə C. Braydenstayn bildirib.

Qeyd edək ki, “Deadline” portalı bundan əvvəl T.Kruzun yeni çəkildiyi filminin kosmik fəzada baş verəcəyini bildirmişdi.

Məlumatda qeyd olunurdu ki, ekran əsərinin ərsəyə gəlməsində amerikalı milyonçu İlon Maska məxsus olan “SpaceX” şirkəti iştirak edəcək. Ancaq filmin çəkilişlərinin başa çatma tarixi, onun yaranmasında hansı şirkətlərin iştirakı və hətta ekran əsərinin adı hələlik məlum deyil.


Baxış sayı - 774 | Yüklənmə tarixi: 07.05.2020 11:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930