manera.az
manera.az

Bu məşhur Azərbaycan filmi romanlaşdırıldı

Bu məşhur Azərbaycan filmi romanlaşdırıldı
"Edam günü" detektiv tarixi romanında şahidi ol­duğum, ürək ağrısıyla seyr etdiyim çoxsaylı hadisələrdən bəhs olunur”.

Bunu yenicə çapdan çıxmış “Edam günü” romanının müəllifi, tanınmış araşdırmaçı Cəlaləddin Qasımov deyib.

Onun sözlərinə görə, polis sistemində 18 illik əməliyyatçı təcrübəsindən is­ti­fadə edib, həyatda gördü­yü, qarşılaşdığı, öyrəndiyi ha­di­sə­lər barədə qeydlər edib Və bu kitabda edama məhkum olunmuş bir məhbusun kamerada yaşadığı həyəcanlı anlar əks olunub.

“Oxucuma bildirmək istərdim ki, Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb, maraqlı məlumatlar toplamışam. Yəni, belə faktların əksəriyyətini real həyatda yaşamış (məhkum olunmuş) məhbuslardan almışam.
Bu məşhur Azərbaycan filmi romanlaşdırıldı
“Edam günü”nün psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən burada həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etməyə çalışmışam.

Bu kitabda 12 bölümdən ibarət bədii film ssenarisi yer alıb; amma hələlik cəmi bir bölümü bədii filmə çevirə bilmişik”.

“Edam günü” adlanan filmbaş rolları Rövşən Kərimduxt, Sabir Məmmədov oynayır.

C.Qasımovun rəhbərliyilə “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

“Film dünyada böyük marağa səbəb olub. Son 11 ayda film 20 beynəlxalq festivalda uğur qazanıb; ABŞ-da (“Hollivud”da), İspa­niyada,Böyük Britaniyada və Yaponyada düzənlənən beynəlxalq film festivallarında ödüllər alıb.

Əlbəttə, gənc nəslin milli mənlik şüuru inkişaf etdirilməlidir. Xal­qı­mı­zın, dövlətimizin milli dəyərləri ideoloji maarif­lən­dirmədə aparıcı xətt təşkil etməlidir;belə olunca, gənc nəslin vətənpərvərlik hissləri daha da güclənər, deyə düşünürük.

Tan­rı bi­zə əta etdiyi həyatı bəxşiş kimi yox, əmanət ki­mi ve­rib. Elə etməliyik ki, biz həyatda buraxdığımız səhvləri övlad­ları­mız buraxmasın. Bukitab­da yazılanlar bir həyat təcrübəsi, bir hə­yat məktəbidir. Həyatda buraxılan səhvlər, habelə bizim gör­mə­diymiz, ya­şamadığımız günahlar övlad­larımız tərəfin­dən yaşanmamalı, təkrar edilməməlidir.

Beləliklə, biz gənclərimizi gələcək səhv­lərdən qorumağa borcluyuq. “Edam günü” də bu borcun bir ifadəsidir...”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031