manera.az
manera.az

Rişi Kapur vəfat etdi

📅 30.04.2020 10:52

Rişi Kapur vəfat etdi
Hind kinosunun əfsanəvi ulduzu Rişi Kapur 68 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Manera.az xəbər verir ki, Rişi Kapur əfsanəvi hind kino xadimi – rejissor və aktyor Rac Kapurun oğlu idi.

Bir çox ekran əsərlərində yer almış aktyor daha çox "Bobbi” filmindəki rolu ilə məşhurdur.

Onu Bollivudda oynayan bu ailənin yaşlı nəslinin son ulduzu adlandırırdılar.

Ailədə Çintu adlandırılan Rişi Kapurun ilk ciddi rolu atasının "Mənim adım Kloundur” (Mera Naam Joker, 1970) filmində olub. Aktyor ilk böyük uğurunu atası Rac Kapurun rejissoru olduğu "Bobbi” (Bobby, 1973) filmindəki rolundan sonra əldə edib. Rişi həmin il Hindistanda ilin aktyoru seçilib. Çintu adətən Hindistan kinosu üçün vacib olan romantik sevgili rollarını ifa edib.

Tamaşaçılar onu həmçinin "Qisas alan” (Barood, 1976), "Amar, Əkbər, Antoni (Amar, Akbar, Antoni, 1977), "Sevgi əzabı” (Prem Rog, 1982), "Çandni” (Chandni, 1989), "Kor məhəbbət” (Fanaa, 2006) və s. filmlərindən tanıyır.


Baxış sayı - 921 | Yüklənmə tarixi: 30.04.2020 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031