Tanınmış aktyor dünyasını dəyişib

Türkiyənin tanınmış aktyoru Yalçın Menteş 59 yaşında vəfat edib.
MANERA.AZ Anadolu agentliyinə istinadla xəbər verir ki, aktyor uzun müddətdir şəkər və xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Y.Menteş 1960-cı ildə İzmirdə anadan olub. O, “Tatlı Kaçıklar”, “Yalançı Yarim”, “Cənnət məhəlləsi”, “Yalançı romantik”, “Akasya durağı”, “Doxsanlar” və bir çox ekran əsərində rol alıb.