manera.az
manera.az

Küçələr qüssəli, adamlar həzin - Şeir

Küçələr qüssəli, adamlar həzin - Şeir
Manera.az pandemiya dövrünün ən gözəl şeirini təqdim edir:

İlahi, bu nəydi göndərdin yerə,
Küçələr qüssəli, adamlar həzin.
Bəlkə də bu imiş axirət elə,-
Bəlkə də bu imiş"gedər - gəlməz"in?..

İlahi, günəş də küsüb deyəsən,
Bəlkə bir yetimin batan ahıyıq?
Hansı günah üstə yaxalanmışıq,-
Hansı günah üstə "ev dustağı"yıq?!

Daha göy üzü də həmən göy deyil,
Göydəki quşlar da bölük - bölükdü.
Daha çiçəklər ayrı cür açır,
Daha ümidlər də üzü dönükdü...

Öz ev -eşiyində sıxılmaq nədi,
Evi - eşiyi də sıxır adamlar.
Bu dəniz dünənki dənizdi, ancaq,
Ayrı sahillərə çıxır adamlar...

İlahi, nədirsə ortada iş var,
Üfüqlər adamı şübhəyə salır.
Hər adam zərrəndi, zərrəciyindi,
Hər adam öldükcə, zərrən azalır...

Tapşır adamına, adamlarına,
Bir az yer üzündən muğayat olsun.
Bir az öz içinin yanında qalsın,
Bir az sevgisindən muğayat olsun.

Kimin günahı var gəlsin ortaya,
Tutsun sırasını,- növbəyə gəlsin.
Dilinə bir dəfə haqq dəyməyənlər,
Bəlkə bundan sonra tövbəyə gəlsin?!

Bəlkə qürubu var yer üzünün də,
Bəlkə bu qürubdu,- kim deyəcək, kim?
Allah, üşüyürəm aç qanadını,
Sənin qanadının altına girim...

Sənin varlığın da dərsdi, ilahi,
Neynək, mini bilir, biri bilməyir.
Çəkmə ətəyini yerin əlindən,
Bu yer gedəcəyi yeri bilməyir...

Əlizadə NURİ
Küçələr qüssəli, adamlar həzin - ŞeirБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031