manera.az
manera.az

Hüseyn Cavidin əsəri yenidən nəşrə hazırlanır

Hüseyn Cavidin əsəri yenidən nəşrə hazırlanır
Görkəmli şair-dramaturq Hüseyn Cavidin “Uçurum” əsəri yenidən nəşrə hazırlanır.

Manera.az xəbər verir ki, bu barədə “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiyada Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib.

Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən G.Babaxanlı 100 illiyi münasibətilə əsərin ayrıca kitab formasında çap edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Direktor qeyd edib ki, “Uçurum” faciəsinin yazılması və çap edilməsi ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatıb. Mövzusu Türkiyə həyatından götürülmüş bu əsərdə ədib süni avropalaşmanı, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirib. Yüz ildən çox vaxt keçməsinə baxmayaraq, bu mövzuların günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.

Sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova bildirib ki, əsərin ilk dəfə çap edilməsinin 100 illiyi münasibətilə ədəbi tarixi xronika yazılır. O, xronikanın əsərin yeni nəşr ediləcək kitabına da əlavə olunacağını söyləyib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031