manera.az
manera.az

Hüseyn Cavidin oğlunun kitabı çıxdı - Foto

📅 12.12.2019 12:06

Hüseyn Cavidin oğlunun kitabı çıxdı - Foto
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçisi və müəllifi olduğu “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı işıq üzü görüb.

AMEA-dan Manera.az -a verilən məlumata görə, Ərtoğrul Cavidin 100 illik yubileyi münasibətilə nəşr olunan vəsaitdə bəstəkarın 40-a yaxın musiqi bəstəsi, o cümlədən “Eşq olsun”, “Sonatina”, “9 variasiya”, “Quşlar”, “Ballada”, “Sevgili yar gəlmiş idi”, “Gəl” və digər əsərləri toplanıb.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın redaktoru dosent Nazim Quliyevdir.

Qeyd edək ki, kitab muzeydə qorunub saxlanılan əlyazmalar əsasında tərtib olunub.

Hüseyn Cavidin oğlunun kitabı çıxdı - Foto


Baxış sayı - 919 | Yüklənmə tarixi: 12.12.2019 12:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930