manera.az
manera.az

Ali məktəblər üzrə blok imtahanı təxirə salınacaq

📅 01.04.2020 17:51

Ali məktəblər üzrə blok imtahanı təxirə salınacaq
“Dövlət İmtahan Mərkəzi tərəfindən 11 may tarixində I və IV qruplara, eləcə də 17 may tarixində II və III qruplara keçirilməsi nəzərdə tutulan ali məktəblər üzrə blok imtahanı təxirə salınacaq”

Manera.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi azedu.az-a açıqlamasında söyləyib.

O bildirib ki, buna səbəb Dövlət İmtahan Mərkəzi tərəfindən 2020 ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun təxirə salınmasıdır.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.


Baxış sayı - 1 179 | Yüklənmə tarixi: 01.04.2020 17:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930