Manera.az saytının 5 yaşı tamam olur...

Bu gün "Fərddən Fərqi Fərdilikdir" deyib ədəbiyyata, mədəniyyətə, təhsilə - cəmiyyətə xidmət etmət məqsədi ilə fəaliyyət göstərməyə başlayan Manera.az saytının 5 yaşı tamam olur.
5 il müddətində fasiləsiz fəaliyyət göstərən sayt müxtəlif ədəbi yarışmalar təşkil etmiş, mədəniyyətə dair bir sıra layihələrin media tərəfdaşı olmuşdur. Saytda vaxtaşırı cəmiyyət üçün maraqlı və əhəmiyyətli olan məqalələr, gündəlik xəbərlər dərc olunur, ədəbi gündəm müzakirə olunur.
Bundan sonra da mədəniyyətə fədakar missiyasını davam etdirmək üçün oxucuların fikirlərini əsas götürən, tənqidlərdən nəticə çıxaran sayt əməkdaşları 5 il ərzində Manera.az-a inanan, onu öz tribunası hesab edib saytla əməkdaşlıq edən bütün yazarlara, qurumlara təşəkkür edir!..
Manera.az