manera.az
manera.az

“Ədəbi yuxular” müzakirə olunacaq _MANERA

“Ədəbi yuxular” müzakirə olunacaq _MANERA

Manera.az-ın məlumatına görə, Vaqif Səmədoğlu adına Ədəbiyyat kulubu yaradılıb. Klub fəaliyyəti müddətində ayda və ya iki ayda bir dəfə Səməd Vurğunun ev muzeyində kitab müzakirələri, şeir axşamları və müxtəlif mövzularda ədəbiyyat tədbirləri təşkil edəcək.

Ədəbiyyat klubunun ilk tədbir - şair Səlim Babullaoğlunun yenicə çapdan çıxan “Ədəbi yuxular” kitabının müzakirəsi olacaq. Xatırladaq ki, kitabda müəllifin ayrı-ayrı vaxtlarda gördüyü, bir neçə il əvvəl “kulis.az” saytının sifarişi ilə yazaraq tək-tək çap etdirdiyi ədəbi yuxulardan ibarətdir. "Ədəbi yuxular”da "Brodski niyə əsəbi idi?”, "Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, "Nazim Hikmət şeirindən vaz keçdimi?”, "Şimborska ilə şəkil çəkdirə bilmədik...”, "Pamuk mənə hansı kitabları və niyə verdi?”, "Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...” adlı altı ədəbi yuxu toplanıb.

Tədbir 27 fevral, saat 15:00-da Səməd Vurğunun ev muzeyində (Tərlan Əliyarbəyov küçəsi, 6, telefon: (+99 412) 493-56-52) keçiriləcək.

Məlumat üçün qeyd edək ki, yeni yaradılan klubun fəaliyyətinin məqsədi günümüzdə yaranan ədəbi əsərlərə marağı artırmaq, ciddi ədəbi problemləri gündəmdə saxlamaq, yeni kitabları oxucuların diqqətinə çatdırmaq, habelə Azərbaycan ədiblərinin ev muzueylərini daha aktiv ədəbiyyat ünvanına çevirməkdir.

Klubun mövzulara, təqdimatlara görə iştiraçıları dəyişkən olacağını nəzərə alaraq daimi üzvlərin olması məqsədə uyğun bilinmədiyinə görə iştiraçılar fərqli mühitlərin təmsilçiləri olacaq və belə olan təqdirdə müxtəlif ədəbi meyillərin maraqlarının qorunması mümkün olacaq.

Müzakirələr, şeir axşamları iştirak etmək istəyənlər üçün giriş sərbəstdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930