manera.az
manera.az

Nəsiminin əsərləri boşnak dilində

📅 04.04.2020 15:25

Nəsiminin əsərləri boşnak dilində
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib.

Manera.az xəbər verir ki, kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.

Əlyazmalar İnstitutundan bildirilib ki, ön sözün müəllifi elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidir. Nəşrin məsləhətçisi institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır.

Qeyd edək ki, şairin əsərləri Sarayevo Universitetinin türkoloq-şərqşünasları tərəfindən tərcümə olunub.

Nəsiminin əsərləri boşnak dilində


Baxış sayı - 997 | Yüklənmə tarixi: 04.04.2020 15:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930