manera.az
manera.az

“Borçalı aşıqları” adlı kitab işıq üzü görüb

“Borçalı aşıqları” adlı kitab işıq üzü görüb
Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Borçalı bölgəsinin aşıqlarından bəhs edən “Borçalı aşıqları” adlı yeni kitab nəşr olunub.

Manera.az xəbər verir ki, “3 saylı Bakı mətbəəsi” ASC-də nəfis şəkildə işıq üzü görən və Borçalı aşıq mühitini öyrənənlər üçün qiymətli vəsait olan bu kitabda XIX əsrin ortalarından bəri bu bölgədə yaşayıb-yaratmış aşıqlar haqqında xronoloji ardıcıllıqla avtobioqrafik məlumatlar və Borçalıda daha geniş yayılmış aşıq havaları, bu havaların özünəməxsusluğu haqqında qısa məlumat yer alıb.

Kitabın müəllifləri Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və Borçalıda fəaliyyət göstərən folklorşünas alim Mahmud Kamaloğlu, redaktoru professor Mədəd Çobanov, rəyçilər Əməkdar elm xadimləri, professorlar Qəzənfər PaşayevMəhərrəm Qasımlı, məsləhətçi sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI