manera.az
manera.az

Aşıqlar Birliyindən yeni nəşr: "Dərbənd el sənətkarları"

📅 24.01.2020 10:40

Aşıqlar Birliyindən yeni nəşr: "Dərbənd el sənətkarları"
Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Dərbənd el sənətkarları” adlı kitab işıq üzü görüb.

Bu barədə Manera.az-a Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Onun sözlərinə görə, antologiyada Dərbənd mahalında tarixən ad çıxarmış saz-söz sənətkarlarının və bu gün həmin ənənəni uğurla davam etdirən çağdaş aşıq və şairlərin saz-söz ovqatıyla yaratdıqları poetik örnəklər və dastanların ən yaxşı nümunələri yer alıb.

Bu nümunələr Dərbəndin tarixi qüdrətini, mənəvi gücünü ifadə edən, Dərbəndin keçmişini bu günə, bu gününü sabaha daşıyan tükənməz söz sərvətidir.

Qeyd edək ki, kitabı tərtib edənlər Fəxrəddin Qəribsəs və Zeynəb Dərbəndli, nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçisi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə professor İsmayıl Məmmədlidir.


Baxış sayı - 888 | Yüklənmə tarixi: 24.01.2020 10:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031