manera.az
manera.az

Aşıq Mikayıl Azaflıya həsr olunmuş filmin təqdimatı olacaq

📅 27.01.2020 15:09

Aşıq Mikayıl Azaflıya həsr olunmuş filmin təqdimatı olacaq
Yanvarın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Manera.az xəbər verir ki, film “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub.

Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rolu işıqlandırılıb.
Aşıq Mikayıl Azaflıya həsr olunmuş filmin təqdimatı olacaq
Filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.

Qeyd edək ki, filmin çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb. Filmdə Dövlət Televiziyasının arxiv materiallarından, eləcə də böyük sənətkarın ailəsinin saxladığı yadigarlardan istifadə olunub.


Baxış sayı - 1 038 | Yüklənmə tarixi: 27.01.2020 15:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031