manera.az
manera.az

Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi əbədiləşdiriləcək

📅 24.01.2020 08:30

Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi əbədiləşdiriləcək
Azərbaycanın xalq şairi, “Şöhrət” və Gürcüstanın “Şərəf” ordeni laureatı Zəlimxan Yaqubun anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evi tikiləcək.

Manera.az xəbər verir ki, kənd ağsaqqalı, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov Azərtac-a Bolnisi rayon bələdiyyəsinin Kəpənəkçi kənd əhalisinin, eləcə də Zəlimxan sevənlərin müraciətinə müsbət cavab verdiyini bildirib.

Bələdiyyə Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evinin tikintisinə razılıq verib və torpaq sahəsi ayırıb.

Onun sözlərinə görə, yaxın günlərdə yeni mədəniyyət ocağının eskiz layihəsi də təsdiq olunacaq və tezliklə tikintiyə başlanılacaq.


Baxış sayı - 726 | Yüklənmə tarixi: 24.01.2020 08:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930